20 İldən çox Təcrübə
Region Education MMC, Region brendi adı altında 2006-cı ildən etibarən təhsil sahəsində
fəaliyyət göstərən, akademik tədris və peşə yönümlü təlimlər üzrə davamlı inkişaf yolu
keçmiş qabaqcıl təhsil qurumudur. Fəaliyyət dövründə Region Kursları, Region Academy və
Region Kids, Region
Edu Online təhsil platforması çərçivəsində müxtəlif tədris və
təlim proqramları həyata keçirilmişdir.
Region Education tələbələrə, peşəkar şəxslərə və yeni ixtisaslara yiyələnmək istəyənlərə distant (online) formatda beynəlxalq sertifikatlaşdırma proqramları təqdim edərək onların yalnız Azərbaycanda deyil, qlobal əmək bazarında da rəqabət qabiliyyətini artırmağı məqsəd qoyur.
Region Education-in Missiyası
Region Education-un əsas missiyası, Region brendi adı altında illər ərzində formalaşan təhsil təcrübəsini müasir yanaşmalarla birləşdirərək, iştirakçılara beynəlxalq standartlara uyğun təhsil və sertifikatlaşdırma imkanları təqdim etməkdir. Bizim üçün əsas məqsəd təhsil alan şəxslərin bilik və bacarıqlarını inkişaf etdirməklə, onların həm yerli, həm də qlobal əmək bazarında rəqabətqabiliyyətli olmalarına şərait yaratmaqdır.
Fəaliyyətlərimiz
Bizimlə əlaqə saxlayın
Hər hansı bir sualınız varsa, zəhmət olmasa bizə müraciət etməkdən çəkinməyin. Sizinlə əlaqə saxlamaqdan məmnun olarıq.






